Prezident fərman imzaladı
30 Dekabr 2021 13:30 SiyasətDövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydasında dəyişiklik edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) yüz faiz dövlətə məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilməyəcək.
Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31