Milli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edəcək
30 Dekabr 2021 11:31 SiyasətMilli Məclis dünya azərbaycanlılarına müraciət qəbul edəcək. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında" qərar layihəsi daxil edilib.
Parlament sədri Sahibə Qafarova dünya azərbaycanlılarına müraciət etmək üçün komissiya yaradılmasını təklif .
Komissiyanın sədri Fəzail İbrahimli, üzvləri Könül Nurullayeva, Elşən Musayev, Ceyhun Məmmədov, Afət Həsənova, Şahin Seyidzadə, Eldar Quliyev, Afət Həsənova olublar.
Spiker deyib ki, komissiya işinə başlaya bilər: "Biz hər il dünya azərbaycanlılarına həmrəylik günü münasibətilə müraciət edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31