“2021-ci il Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tanıdılması ili kimi yadda qalacaq”-Deputat

"Müstəqilliyimizin qeyd etdiyimiz 30 ili Azərbaycan xalqının və dövlətçilik tariximizdə ən keşməkeşli eyni zamanda şərəfli bir tarix idi. Bu mənada bizlər bugünkü nəsil xoşbəxtik ki, bütövlükdə bu 30 ili yaşadıq, gördük, bir çoxumuz bu proseslərdə iştirak etdik. Biz müstəqilliyimiz, istiqlaliyyətimiz, hüriyyətimiz, azadlıq uğrunda hərakatın iştirakçısı olduq. Müstəqilliyimizin necə çətin və qəhrəmanlıqla qazanıldığının şahidi olduq". Bunu "Olaylar"a deyən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, nə qədər acı olsa da, deməliyik ki, torpaqlarımızın itirilməsini, təcavüzkar Ermınistan və havadarlarının dəstəyi ilə işğalını gördük. 1993, 1994, 1995-ci il dövlət çevrilişinə cəhdi gördük. Qaçqın, köçkün həyatını yaşadıq. Çağdaş dövlətimizin qurucusu, Xilaskar missiyalı Ulu Öndərimiz Heydər Əliyevin müasiri olduq, onun rəhbərliyi ilə müxtəlif sahələrdə çalışdıq. 2003-cü ildən isə biz dünya miqyasli dövlət adamı, güclü diplomat, iti zəkalı strateq  Ordu Sərkərdəsi, Müzəffər Ali Baş Kamandan və əziz Prezidentimiz möhtərəm İlham Əliyevin rəhbərlik etdiyi dövlətin vətəndaşıyıq. Azərbaycanın inkişafı, əldə edilən uğurları ilə dünyaya tanıdan, nüfuzunu artıran və güclü bir Liderin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət quruculuğu və əsaslı islahatlarda iştirak etmişik. Biz möhtərəm Birinci vitse Prezidentimiz xanım Mehriban Əliyevanın həm YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi, dünyada xalqımızın zəngin multikultural dəyərlərinin təbliğində, onun rəhbərliyi ilə həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycanın tolerantlığının və humanizmin ünvanı olduğunun sübut etməsinin, xalq və mədəniyyət diplomatiyası sahəsində əldə edilən uğurların şahidi olmuşuq. Nəhayət, biz keçın il 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Kamandanımızın və onun rəhbərlik etdiyi Müzəffər Milli Ordusunun şücaiəti və rəşadəti ilə Azərbaycan və Türkiyəyə qarşı iki yüz illik tarixi olan erməni düşmənçiliyinin darmadağın edilməsinin və dünya erməniliyinin ifşaedici məğlubiyyətinin, otuz il ərzində işğal altında olan torpaqlarımızın azad olunmasının şahidi olduq. Şəhidlərimizin qanı ilə qazanılan bu  möhtəşəm Zəfər xalqımızı, gələcək nəsilləri  əbədi şərəfləndirərək, milli  qürurumuzu daha da artırdı.  Bu mənada biz xoşbəxtik ki, yaşadığımız bu tükənməz sevinc hissi milli ləyaqətimizi taclandırdı...Nəhayət onilliklər boyu ermıni zülmünün qurbanı olmuş, yurd-yuvalarından didərgin düşmüş  baba və nənələrimizin, əcdadlarımızın pərən düşmüş ruhunu da şad edən Vətən müharibəsində qazandığımız, əzəmətli Zəfərin təntənəsi.... Bilirsiz, bu otuz il o qədər zəngin tarixi hadisələrlə doludur ki... Hesab edirəm ki,  ən  yeni tariximizin bu mərhələsi ayrıca ZƏFƏR tarixi kimi yazılmalıdır. Bəzi tarixçilər ancaq 44 günlük Vətən müharibəsi dövrünü ZƏFƏR tarixi adlandırır. Amma hesab edirəm ki, əldə etdiyimiz ZƏFƏR bir epopeyaya bərabərdir. Necə oldu bu ZƏFƏR qazanıldı. ZƏFƏR-ə gedən yol... Eyni zamanda savaşda qazandığımız ZƏFƏR gələcəkdə quruculuk illərində respublikamızın  imza atacağı  uğurların qaynağıdır. Bütün bunları qeyd edərək bir daha deyirəm ki, biz Azərbaycan adlı xalqın çox xoşbəxt nəsliyik.

Qaldı 2021-ci il tarixdə necə yazılacaq. Sözsüz ki, 2020-ci il savaşda qazandığımız Zəfər ili, torpaqlarımızın işğaldan azad edilməsi ili kimi yazılacaqdır. Bu il isə, daha doğrusu 2021-ci ilin beynəlxalq aləmdə Vətən müharibəsində əldə etdiyimiz Zəfəri tanıdılması və qəbul edilməsi ili kimi, İlham Əliyev diplomatiyasının beynəlxalq təşkilatlarda və dünyada təntənəsi ili kimi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən misilsiz layihələrlə , eləcə də beynəlxalq səviyyəli layihələrlə  yazılacaqdır. Sözsüz ki, bütün bunları biz təkcə Qarabağın işğaldan azad olunması ilə əlaqəlğndirməməliyik. Respublikamızın Qoşulmama Hərəkatının  sədri kimi beynəlxalq aləmdə və təşkilatlarda möhtərəm Prezidentimizin təşəbbüsü ilə bir sıra uğurlara imza atılması, post-müharibə dövründə bölgədə yaranmış yeni reallıqlarda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın milli maraqlarını müdafiə edən və bölgədə ölkəmizin mövqeyinin möhkəmləndirilməsində böyük siyasi əhəmiyyətə malik təşəbbüs və təkliflərinin 2021-ci il yanvar ayında keçirilən üçlü , 2021-ci il noyabr ayındakı Soçidə üçlü görüşləridə və Brüssel səfəri çərçivəsində keçirilən bütün görüşlərdə təsdiqi bir daha ölkəmizin gücünü, liderliyini, nüfuzunu təsdiq edir. Bu uğurlar həm də  bütün sahələri əhatə edir. Eyni zamanda  2021-ci ildəki uğulara görə biz indidən 2022-ci ilin də böyük nailiyyətlər ili olacağını əminliklə deyə bilərik. İnşallah qarşıdakı illər Azərbaycan xalqının ən gözəl uğur hekayələri olacq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31