Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib

Dekabrın 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakının Nizami rayonunda həm ərazisinə, həm də müasir avadanlıqlarla təchizatına görə Cənubi Qafqazda ilk olan Baytarlıq Klinikasının açılışında iştirak edib.

Bir açıq hava şəkili ola bilər

Bir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Baytarlıq Klinikası müasir standartlara uyğun inşa olunub.

Bir içəridə və ofis şəkili ola bilər

Bir 1 nəfər və köpək şəkili ola bilər

Tanışlıq zamanı kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verdi ki, institutun ərazisində yerləşən və 1000 kvadratmetr ərazini əhatə edən klinikada ev heyvanları ilə yanaşı, kənd təsərrüfatı heyvanlarının da müayinə-müalicəsi aparılacaq. Cənubi Qafqazda ilk dəfədir ki, belə böyük ərazisi olan, müasir avadanlıqlarla təchiz edilən Baytarlıq Klinikası istifadəyə verilir.

Bir içəridə şəkili ola bilər

Bir cədvəl və içəridə şəkili ola bilər

Bir içəridə şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Bir 2 nəfər, ayaqüstə duran insanlar, köpək və içəridə şəkili ola bilər

Baytarlıq Klinikasında özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışacaq. Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Şəkilin açıqlaması yoxdur.

Bir 2 nəfər, ayaqüstə duran insanlar, köpək və içəridə şəkili ola bilər

Bildirildi ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2020-ci il 22 aprel tarixli Fərman imzalanıb. Fərmanın icrası ilə əlaqədar baytarlıq sahəsində institusional dəyişikliklər həyata keçirilir. Belə ki, dövlət sifarişi əsasında baytarlıq xidməti göstərən sahə baytarlıq məntəqələri mütəxəssislərinin gələcək fəaliyyətləri müqavilə əsaslı olmaqla, özəl baytarlıq xidmətinə keçidlə əvəzlənəcək.

Bir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva pişik üzərində cərrahiyyə əməliyyatını izlədi.

Bir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

İkinci səviyyəli Biotəhlükəsizlik Elmi-Tədqiqat Diaqnostik Laboratoriyası, üçüncü səviyyəli Biotəhlükəsizlik Laboratoriyası, diaqnostikum və serum istehsalat şöbəsinin fəaliyyət göstərdiyi, müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikasında özəl xidmətə keçən baytarlıq mütəxəssisləri bilik və bacarıqlarını artıra, müalicə-profilaktika sahəsində yeni və müasir biliklərdən yararlana biləcəklər. Bununla yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin gənc kadrlardan ibarət məzunlarının da klinikada öz bilik və bacarıqlarını daha da təkmilləşməsinə şərait yaradılacaq.

Şəkilin açıqlaması yoxdur.

Bir 1 nəfər, oturmalı, ayaqda və içəridə şəkili ola bilər

Baytarlıq Klinikası ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Bir 14 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 11 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31