Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edir

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.

Olaylar.az  bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdirdilər.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış etdi.

Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Görüş davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31