"Bir sıra sahələr üzrə UNESCO-ya müraciət etmişik"
28 Dekabr 2021 14:26 Siyasət"Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsi məqsədilə bir sıra sahələr üzrə UNESCO-ya müraciət etmişik. Mən əminəm ki, yaxın zamanda onlar qəbul ediləcək və biz sizi sevindirəcəyik".
Olaylar.az xəbər verir ki, bu sözləri mətbuat konfransında Mədəniyyət Nazirliyinin gördüyü işlər haqqında məlumat verərkən Anar Kərimov deyib.
""İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı", "Sədəf sənəti", "Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri", "Molla Nəsrəddin lətifələri şifahi", "Çay mədəniyyəti", "Balaban sənətkarlığı və ifaçılıq sənəti" istiqamətində UNESCO-ya müraciət etmişik. İnşallah yaxın zamanlarda şad xəbərlər alarıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31