İlham Əliyev Sankt-Peterburqa səfərə gedib
28 Dekabr 2021 11:58 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib.
Olaylar.az bildirir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31