Prezidentin "general-mayor" rütbəsi verdiyi Münasib Babayev kimdir? - FOTOLAR
27 Dekabr 2021 16:03 SiyasətXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Münasib Balaca oğlu Babayevə "general-mayor" ali hərbi rütbəsi verilməsi barədə sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, Münasib Babayev Müdafiə Nazirliyi 2-ci Ordu Birləşməsinin Qərargah rəisi vəzifəsində qulluq edir. O, daha əvvəl Müdafiə Nazirliyində idarə rəisi olub
Münasib Babayev Vətən Müharibəsinin iştirakçısı olub. O, indiyədək "Azərbaycan Bayrağı" və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.



(sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31