Səfərbərlik Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
27 Dekabr 2021 14:06 SiyasətPrezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az bildirir ki, sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
"general-leytenant" ali hərbi rütbəsi
general-mayor Zaur Qasım oğlu Abdullayevə
general-mayor Mayıl Seminar oğlu Şahverdiyevə
general-mayor Yusif Həsən oğlu Mirzəyevə
"general-mayor" ali hərbi rütbəsi
polkovnik Çingiz Böyükağa oğlu Kiçibəyova.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31