Elə etmək lazımdır ki, Qarabağa bir daha arzuolunmaz şəxslər gəlməsin

 

Fransada prezidentliyə namizəd Valeri Pekres Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər etməsi xəbər yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi ərazi bütövlüyümüzə qarşı yönəlmiş bu qanunsuz məsələ ilə bağlı etiraz notasını Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkilinə təqdim edib.

Bunu "Olaylar"a deyən  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri  Əkrəm Bəydəmirlinin sözlərinə görə, bütün bunlar diplomatik etiraz formasıdır.  Ancaq  bu etirazlar bununla da bitməməlidir. Belə qanunsuz səfərlərə  şərait yaradan və həmin şəxsləri müşayiət edən  rus sülhməramlıları məsuliyyət daşımalıdır. Həmin sülhməramlılar Azərbaycanın icazəsi olmadan heç kəsi məsuliyyət zonalarına, Xankəndinə buraxmamalıdırlar.
Deməli çıxış yolu odur ki, sərhəd buraxılış məntəqəsində Rusiya sülhməramlıları ilə bərabər Azərbaycanın Silahlı Qüvvələrinin hərbiçiləri də birlikdə nəzarəti həyata keçirməlidirlər.
Azərbaycan ərazilərinə qanunsuz səfər edən vətəndaşların adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilir. Lakin elə etmək lazımdır ki, Qarabağa bir daha arzuolunmaz şəxslər gəlməsin. Onlar nəzarət buraxılış mənqəsindən geri qaytarılsın.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31