"60 -a yetmiş ömrün 18 illik parçasında öz gücü ilə xalqın gözündə əvəzedilməzlik qazanmağın bundan ötə nümunəsi ola bilməz..."- Aydın Quliyev

Prezident seçiləndə kütləvi tərəfdarlarının əks tərəfində inkarçılar var idi.....İllər ötdü, baxışlar dəyişdi.Qəbul etməyənlərin sırası sürətlə seyrəldi, inkarçıların yerində çox az sayda gücsüz fərdlər qaldı...

İldən ilə insanların ümidləri azalırdı, rayonlarımızın azad olunacağına ictimai inamı sonadək qırılmağa qoymadı.Üstünə düşüb hər tərfdən sıxdılar , ruhdan düşmədi, düşmən axınına qarşı inamla yeridi....

Öz torpağının üstünə özünün və düşmənin qanını tökməyə qadir nəsil yetişdirdi .Torpaq itirə - itirə gəldiyimiz tarixi kökündən dəyişdi, düşməni torpaqlarımızdan qovdu, Şuşaya bayraq sancdı, dost- düşmən qabağında millətin enmiş başını qaldırdı....

Erməni separatizmini elə çökdürdü ki, çətin ki, bir daha kiminsə əlində oyun kartına çevrilə bilsinlər.

Daxildə də çox şeyləri dəyişdi.Öz yerlərinə özününküləri hazırlamaq eşqinə düşərək kökləşmiş iri məmurları ustalıqla kənara itələdi, onlara böyük Qarabağ zəfərinə şərik olmaq şansı vermədi...

Komandanı yenilədi, yeni kadrlardan razılar- narazılar olsa da , bu kadrların bir üstünlüyü danılmazdır- kökləşmək iddiasında deyillər....Az iş deyil.Bu sarıdan məmur təfəkkürlərində hamımızın istədiyi inqilabı etməyi də bacardı ...

Dünyanın " qurd dövlət başçılarının " məkanına gənc və təcrübəsiz, lakin hazırlıqlı dövlət başçısı kimi gəldi.Onu " asan loxma " kimi udacaqlarını güman edənlərin tikəsini boğazlarında qoydu.Hamının , bütün prezidentlərin hesablaşdığı, hörmət etdiyi , hətta bəzilərinin çəkindiyi dövlət başçısına çevrildi....

60 -a yetmiş ömrün 18 illik parçasında öz gücü ilə bu qədər legitimləşməyin, xarizmalaşmağın, xalqın gözündə əvəzedilməzlik qazanmağın bundan ötə nümunəsi ola bilməz...

Xalqımız , dövlətimiz, bütün Azərbaycan üçün hələ görəcəyiniz çox işləri görmək arzusu ilə.....

Yubileyiniz və ad gününüz mübarək, cənab Prezident!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31