Baş prokuror Kəlbəcər və Qubadlıya hərbi prokurorlar təyin etdi
21 Dekabr 2021 11:01 SiyasətKəlbəcər və Qubadlı rayonlarına yeni hərbi prokurorlar təyin edilib.
Olaylar.az bildirir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.
Baş prokurorun əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.
Baş Prokurorluğun Mətbuat xidməti faktı Trend-ə təsdiq edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31