Parlamentdə media ilə bağlı rolik nümayiş etdirilib

 

Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Olaylar -ın məlumatına görə, qanun layihəsinin müzakirəsindən əvvəl Milli Məclis tərəfindən Azərbaycan mediası ilə bağlı hazırlanan rolok nümayiş olunu. Rolokdə Azərbaycan mediasının yaranması və inkişaf tarixi ilə bağlı nüanslar əksini tapıb.

Qeyd edək ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil, 78 maddədən ibarətdir. Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.
​Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31