Hulusi Akar: “Kərkük türkmənlərinin hüquqlarını qorumaq bizim üçün çox vacibdir”
20 Dekabr 2021 19:15 Siyasət"Kərkükdə türkmənlərin hüquq və mənafelərini qorumaq bizim üçün çox vacibdir".
Olaylar.az-ın məlumatına görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və nazir müavinləri, birlik komandirlərinin iştirakı ilə keçirdiyi videokonfransda bu barədə bildirib.
TSK-nın ən son terrorçunu məhv edənə qədər mübarizəsini davam etdirəcəyini bildirən H.Akar İraqdakı terror sığınacaqlarının da məhv ediləcəyini deyib.
Bu mübarizədə İraqın Erbil və Bağdad şəhərlərilə koordinasiyalı əlaqələr qurulduğunu vurğulayan nazir İraq türkmənlərinin də hüquq və mənafelərini qorumağın vacibliyini vurğulayıb: "Kərkükdə baş verən hadisələri yaxından izləyirik".
Mənbə: apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31