Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə görüşüb
20 Dekabr 2021 16:38 SiyasətŞimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu Pakistanın paytaxtı İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT)"xarici işlər nazirlərinin Əfqanıstanla bağlı fövqəladə toplantısı çərçivəsindı azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşüb. "OLAYLAR" xəbər verir ki, xarici işlər naziri Tahsin Ərtoğruloğlu toplantıdakı çıxışında Əfqanıstanın son dövrlərin ən böyük humanitar böhran yaşadığına diqqət çəkərək, ümumilikdə beynəlxalq ictimaiyyətin və xüsusilə İƏT-ə üzv ölkələrin Əfqanıstana təcili dəstəyinə ehtiyac olduğunu bildirib.
Beynəlxalq ictimaiyyətin Əfqan xalqı ilə yanaşı Fələstin xalqına da kömək əlini uzatması lazım olduğunu vurğulayan Ərtoğruloğlu Fələstin probleminin həllinin Yaxın Şərqə sülh və sabitlik gətirəcəyini bildirib.
Xarici işlər naziri Ərtoğruloğlu təmasları çərçivəsində İƏT baş katibi Sierra Leone və Qabon xarici işlər nazirləri ilə də görüşüb.