Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilir - SƏRƏNCAM
20 Dekabr 2021 14:16 SiyasətPrezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Olaylar.az bildirir ki, Sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31