Soyuq müharibəyə qayıtmaq istəmirik - Fransa

Qərb ölkələri Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyanı siyasi cəhətdən təcrid edə bilər, amma Paris soyuq müharibəyə qayıtmaq istəmir.

Olaylar.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Florans Parli deyib.

"Moskvaya qarşı sanksiyalar tətbiq olunub, onları gücləndirmək də olar. Hətta Rusiyanı siyasi cəhətdən təcrid də etmək olar. Amma biz soyuq müharibəyə qayıtmaq istəmirik. Bunun baş verməməsi üçün tərəflər soyuqqanlılığı saxlamalıdırlar", - nazir bildirib.

Onun sözlərinə görə, Fransa Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31