Pedaqoji Universitetin əməkdaşları Prezidentinin fəxri diplomu ilə təltif edilib
17 Dekabr 2021 15:47 SiyasətPrezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam verib.
Olaylar.az bildirir ki, sərəncamla Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilir:
Əliyeva Tinatin Məmməd qızı
Qaraməmmədli Yasin Alı oğlu
Rəsulov Rəis Azər oğlu
Verdizadə Nailə Allahverdi qızı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31