Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları təltif edildi - SƏRƏNCAM
17 Dekabr 2021 15:18 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
OLaylar.az bildirir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
"Tərəqqi" medalı ilə
Əliyev Siyavuş Hüseyn oğlu
Quliyev Fəlah Fəxrəddin oğlu
Mustafayev Zahid Seyfəddin oğlu
Tahirov Rasim Firudinoviç
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə
Əliyev Samir Vidadi oğlu
Fətullabəyli Aytən Məmməd qızı
Qasımov Elçin Atəş oğlu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31