Prezident İlham Əliyevin uğurlu Brüssel səfəri və ya Ermənistanın dalandan çıxmaq şansı varmı?
17 Dekabr 2021 12:53 Siyasət"Brüsseldə Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlərin ilkin yekunları bir daha göstərdi ki, Ermənistan yenə də dalana dirənib". "Olaylar" xəbər verir ki, bunu deyən mllət vəkili Musa Qasımlının sözlərinə görə, torpaqlarımız işğal altında olan zaman Avropa İttifaqı və digər qurumlar Azərbaycana daim təzyiqlər edirdilər ki, bəs, kommunikasiyaları açın. Azərbaycan da cavabında bildirirdi ki, işğal davam etdikcə bu, mümkün deyildir: "Rəsmi Bakı hər hansı beynəlxalq sənədi belə bir qeyd-şərtlə imzalayırdı ki, "işğala son qoyulduqdan sonra nəqliyyat-kommunikasiyaların açılması mümkün ola bilər". İndi işğala son qoyulub, yeni şərait yaranıb və Azərbaycan kommunikasiyaların açılmasına hazırdır. Avropa İttifaqı da əvvəlki maraqlarından və mövqeyindən əl çəkməyib. Azərbaycanın öz xeyrinə uğurla yaratdığı və ustalıqla idarə etdiyi proseslər Ermənistanı yenə də dalana dirəyib. Ermənistanı dalandan çıxarmaq üçün erməni rəhbərliyində və cəmiyyətində siyasi realizm üstün gələcəkmi? Yoxsa, məlum xəstəlik yenə də davam edəcək? Ermənistanın nicatı Azərbaycanın şərtlərini qəbul etməkdən və üçtərəfli bəyanatı yerinə yetirməkdən keçir. Gözləyək..."