NATO və Aİ-dən Rusiyaya xəbərdarlıq
17 Dekabr 2021 11:53 SiyasətOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun qərar qəbuledici orqanı olan Şimali Atlantika Şurası Rusiyanı Ukrayna sərhədində gərginliyi azaltmağa çağırıb. Aİ liderləri Rusiyanı sanksiyalarla hədələyib.
Bu barədə NATO-nun qərar qəbuledici orqanı olan Şimali Atlantika Şurası "Ukrayna və ətrafındakı vəziyyət"lə bağlı açıqlama verib.
"Biz Rusiyanı təcili olaraq gərginliyi azaltmağa, diplomatik kanalları izləməyə və hərbi fəaliyyətinin şəffaflığı ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Biz mövcud vəziyyətin alyansın təhlükəsizliyinə təsirlərini ciddi şəkildə qiymətləndiririk" - deyə bəyanatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31