İki rayona yeni prokuror təyin olundu
17 Dekabr 2021 11:07 SiyasətBaş prokuror Kamran Əliyev yeni təyinatlar barədə əmr imzalayıb."Olaylar" xəbər verir ki, K.Əliyevin əmrinə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib. Digər əmrlə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib. Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31