Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT
17 Dekabr 2021 11:05 SiyasətAzərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "AzərİnşaatLayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru dəyişdirilib.
Olaylar.az xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Səxavət Böyükbala oğlu Əsədov bu qurumun direktoru təyin olunub.
Qeyd edək ki, Səxavət Əsədov Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətinə görə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 15 dekabr 2014-cü il tarixli sərəncamı ilə" Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31