Bu Qanunun qəbulunu zaman, informasiya texnologiyalarının sürətli inkişafı zəruri etmişdi- Rəşad Məcid
11 Dekabr 2021 18:07 Siyasət"Media reyestrinin yaradılması barədə bölüm də xaotik vəziyyətdə olan media sektorunda aydınlıq yaratmaq, peşəkar jurnalistlərin fəaliyyətini stimullaşdırmaq baxımından əhəmiyyətlidir".Bunu "Media haqqında" qanun layihəsi barədə Olaylar.az-a açıqlama verən 525-ci qəzetin baş redaktoru Rəşad Məcid deyib.O bildirib ki,Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Media haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Müzakirələrdə çıxış edən millət vəkillərinin, KİV rəhbərlərinin və media ekspertlərinin çıxışlarında Qanun layihəsinə münasibət bildirilib. Çox demokratik , hərtərəfli və geniş müzakirə oldu.
"Müzakirələrdə ortaq fikir bu oldu ki, Qanunun hazırlanmasına böyük əmək sərf olunub, digər ölkələrin Qanun layihələri süzgəcdən keçirilib, aktual məqamlardan bəhrələnilib.
Əslində bu Qanunun qəbulunu Zaman, informasiya texnologiyalarının sürətli inkişafı zəruri etmişdi.
İlin əvvəlində Cənab Prezidentin sərəncamına əsasən yeni Qanunun hazırlanmasına start verildi. Bu müddətdə Media Agentliyi tərəfindən Qanunun hazırlanması istiqamətində gərgin iş gedib, nəticədə ortaya sanballı layihə qoyulub.
Audiovizual media, onlayn media barədə hissələr zamanın, dövrün tələbidir. Layihədə media sektorunda informasiya texnologiyalarından doğan bütün yeniliklər əhatə olunub. Həmçinin Media reyestrinin yaradılması barədə bölüm də xaotik vəziyyətdə olan media sektorunda aydınlıq yaratmaq, peşəkar jurnalistlərin fəaliyyətini stimullaşdırmaq baxımından əhəmiyyətlidir.
Yəqin yaxın günlərdə Milli Məclisdə Qanun layihəsinin müzakirələri başlayacaq və millət vəkilləri də dəyərli fikirlərini bildirib, layihəni dəstəkləyəcəklər"