Deputatımız AŞPA-nın tədbirində iştirak edəcək
11 Dekabr 2021 13:52 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcək.
AŞPA-nın Monitorinq komitəsində qurumun monitorinq proseduruna dair, bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə baxılacaq, komitənin növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.
Milli Məclisin komitə sədri Səməd Seyidov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.
Səfər dekabrın 15-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31