Hikmət Hacıyev Türkiyəyə səfərə getdi
11 Dekabr 2021 13:20 SiyasətAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfərə gedib.
Olaylar.az xəbər verir ki, o, İstanbul şəhərində keçirilən 21-ci Beynəlxalq Strateji Kommunikasiya Forumunda iştirak edir.
Bu gün İstanbulda başlayan tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, şirkət təmsilçiləri, mütəxəssislər iştirak edirlər.
Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndiriləcək.
Forum iki gün davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31