İran parlamentinin sədri Türkiyəyə səfər edib

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Türkiyəyə səfər edib.

Olaylar.az-ın Tehran bürosunun məlumatına görə, o, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 16-cı Konfransında iştirak edəcək.

"Bu səfərdə İslam və region ölkələrinin parlamentlərinin sədrləri arasında ikitərəfli danışıqlar üçün imkan olacaq", - İran parlamentinin sədri deyib.

O qeyd edib ki, İran və Türkiyə əlaqələrinin genişləndirilməsi də müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31