“Türkdilli ölkələrin inteqrrasiyasnın 21-ci əsrin ən populyar inteqrasiya modeli olduğu unudulmasın”

Olaylar.az-a Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı çıxışı ilə əlaqədar açıqlama verən "Bakıxəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki,Azərbaycan Prezidenti  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı məruzəsi ilə ölkəmizin son illərdə xüsusilə, Vətən müharibəsində əldə etdiyi nailiyyətlər, bu müharibədə Türkdilli dövlətlərin Azərbaycana dəstəyi  barədə hesabat verməyi ilə bərabər, Türk dövlətlərinin birləşmiş gücünün nəyə qadir olması və eləcə də,  Türk dövlətlərinin inteqrasiyasının gələcəkdə daha da gücləndirilməsi istiqamətində , regionda və qlobal miqyasda hansı böyük nəticələrin əldə edilməsinin mümkünlüyü barədə  çox maraqlı mesajlar verdi.

" Xüsusilə də, Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsinin təkcə Azərbaycan üçün yox, bütün Türk dünyası üçün önəminin xarakterizə  olunması üçün Prezidentin çıxışı olduqca böyük əhəmiyyətə malikdir. Çünki Azərbaycan  öz ərazi bütövlüyünü bərpa etməklə təkcə Azərbaycanın qarşısında olan erməni faşizmini məhv etmədi.  Erməni faşizminin bütün türk dünyası üçün nə qədər böyük təhlükə olduğunu  nəzərə alsaq, Prezident öz məruzəsində Azərbaycanın Ermənistan üzərində qələbəsinin həm də bütün Türk dünyasının  mənafeləri çərçivəsində olan  bir fakt kimi təqdim etdi. Sözsüz ki, qardaş Türkiyənin Azərbaycana dəstəyinin böyük mənəvi, siyasi bir faktor olduğunun burda qeyd edilməsi, həm Azərbaycanın bu müttəfiqliyə nə qədər sadiq olduğunu nümayiş etdirdi, həm də Azərbaycan-Türkiyə əməkdaşlığının timsalında digər Türk dövlətləri arasında  əməkdaşlığın nə qədər vacib və əhəmiyyətli ola biləcəyi barədə mesajlar verdi. Açıq şəkildə nümaiş etdirildi ki, iki dövlətin gücünün imkanlarının bu qədər  birləşdirilməsi, 30 il ərzində Azərbaycan xalqına az qala qan uddurmuş səviyyəsinə gəlib çıxmış, böyük bir qüvvəni məhv etmək kimi nəticələr ortaya qoya bilirsə, demək ki bütün türkdilli dövlətlərin arasında da münasibətlərin yaxınlaşdırılmasına və inkişaf etdirilməsinə ehtyac var. Vətən müharibəsində  yüksək səviyyədə sınaqdan çıxmış Azəbaycan-Türkiyə qardaşlığı digər Türkdilli dövlətlərin qardaşlıq perspektivlərində onlara bir nümunə kimi göstərildi. Bundan başqa  Azərbaycanın Türk dünyasının inteqrasiyası sahəsində indiyə qədər göstərdiyi çabaların nə qədər əhəmiyyətli olduğu ilə bağlı dünyaya maraqlı mesajlar verildi. Xüsusilə, 2009-cu ildə Naxçıvandakı zirvədən başlayan Türk dövlətlərinin inteqrasiyasının bu gün gəlib çatdığı zirvə üçün Azərbaycanın və şəxsən Prezidentin çox böyük rolu var. Xatırlamaq lazımdır ki, Azərbaycan Prezidenti 2009-cu ildə Naxçıvandakı ilk  Türk zirvəsində Zəngəzurun vaxtilə Ermənistana verilməsilə, Türk dünyasının cografi olaraq parçalanmasını qeyd etməsi olduqca strateji əhəmiyyətli bir fikir oldu. Çünki, təxminən 12 il əvvəl deyilmiş bu fikir, Türk dövlətlərinin hamısının  nəzər diqqətinin bir vahid hədəfə yönəlməsinə böyük təsir göstərdi. Bir növ Türk dövlətlərinin məqsədinin bir hədəfə yönəlməsinə motiv verdi. Bu hədəf  Türkdilli dövlətlərin coğrafi olaraq parçalanmasıının qarşısını almaq və coğrafi olaraq Türkdilli dövlətləri birləşdirməyə yönəldilməlidir. İlham Əliyevin 2009-cu ildə başlatdığı proses Zəngəzur dəhlizinin açılmasına gətirib çıxarmaqla Türk dünyasının coğrafi olaraq birləşdirilməsi kimi bir prosesin, bir hədəfin reallaşdırılmasına qədər gəlib şıxa bildi. Bu olduqca böyük naliyyətdir. Bütün Türkdilli ölkələrə qiymətli bir mesajdır ki, Azərbaycanın 44 günlük müharibədə reallaşdırdığı və açılmaq ərəfəsində olan Zəngəzur dəhlizi bütünlüklə Türk dünyası üçün çox qiymətli bir sərvət və hədəfdir. Azərbaycanı Prezidenti İlham Əliyevin bu zirvədə səsləndirdiyi fikirlər, verdiyi mesajlar Türk dünyasının bundan sonar daha da inkişaf etməsinə və perspektivdə daha möhkəm bir quruma çevrilməsinə geniş imkanlar açacaq. Burada Türkdilli dövlətlərinin inteqrasiyasının daxildə hansı amillərə söykənməsilə  bağlı Prezidentin çıxışı xüsusilə əhəmiyyətlidir. Çünki, Prezident Türkdilli dövlətlərin inteqrasiyasının daxili gücü və onurğası kimi bu ölkələrin  təbii müttəfiqlər olmasını, bu ölkələrin dil,din, mədəniyyət və tarix nöqteyi nəzərindən bir-birilərinə bağlı olmasını qeyd etməsi olduqca əhəmiyyətli nüansdır. Şübhəsiz ki, Türk dövlətlərinin yaxınlaşması üçün ortada olan təbii müttəfiqlik elementləri, hər bir türk dövlətinin rəhbərləri, QHT-ləri, alimləri, elmi tədqiqat inistitutları tərəfindən bundan sonar daha da dərindən öyrəniləcək və Türkdilli ölkələrin əlaqələrini daha da möhkəmləndirmək üçün bu təbii müttəfiqlik elementlərindən maksimum dərəcədə istfadə  etməyə, öz güclərini yönəltməyə çalışacaqlar. Açıq deyək ki, Türkdilli dövlətlərin, prezidentin də dediyi kimi,  inteqrasiyası, əməkdaşlığı təbii elementlərə, təbii  müttəfiqliyə söykənsə də, bu təbii müttəfiqlik elemenlərinin gücündən indiyə qədər lazımi qədər  istfadə edə bilməmişik. Çünki bəzi türk ölkələr hələ yeni bu quruma qoşulub və hələ də  bu qurumun tam səlahiyyətli üzvləri deyillər. Bəzi Tükdilli ölkələri bu prosesə cəlb etmək üçün orada muşahidəçilik və ya tərafdaşlıq statuslarının yarıdılması kimi zəruri addımların atılması prosesi müşahidə olunur. Hansı ki, Türk dövlətlərinin hamısı bu prosesin  iştirakçıları olmalıydılar. Ona görə Azərbaycan Prezidentinin bu xatırlatması Türkdilli ölkələrin müttəfiqliyinin təbii elementlərə söykənməsi barədə  olduqca yönəldicidir. Gələckdə Türk dövlətlərinin hamısnın inteqrasiya prosesine qoşulşasında fəal rol oynayacaq. Türkdilli ölkələrin inteqrrasiyasnın 21-ci əsrin ən populyar inteqrasiya modeli olduğu unudulmasın.  Çünki 21-ci əsrin əvvələrində dünyanın heç bir qitəsində, materikində  Türkdilli dövlətlərin inteqrasiyasına bənzər ikinci bir dövlətlərarası  inteqrasiya prosesini görmürük. Türkdilli dövlətlərin də bu gün başlatdıqları iqtisadi, siyasi, diplomatik və  hərbi yaxınlaşması 21-ci əsrin ən böyük fenomeninə çevrilə bilər. Türk dövlətlərinin inteqrasiyası 21-ci əsrdə elə bir inteqrasiyon nəticələrə gətirib çıxara bilər ki, onun dünya proseslərində çox həlledici rolu ola bilər. Bir sözlə, Azərbaycan Prezidentinn i buradakı çıxışları çoxcəhətli və çoxşaxəlidir. Xüsusilə də , Türkdilli dövlətlərin dərininə və eninə gələcəkdə genişlənməsi üçün əhəmiyyətli nüanslara malikdir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31