Minalı ərazilərin təqdim olunmasında saxtakarlıq Ermənistanın digər məsələlərdə səmimi olmadığının sübutudur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edərək, müzakirələrin əvvəlində çıxış edib.
Prezidentinin tədbirdəki nitqi digər çixiş və müsahibələrindən həcminə görə fərlənirdi. Amma bu kiçik həcmli çıxışda həm Azərbaycan- Ermənistan münaqişəsi, həm də regionda son dövrlər cərəyan edən proseslər haqqında çox ətraflı və diqqətəlayiq fikirlər səsləndirildi. Burada toxunulan hər bir məsələ haqqında saatlarla danışmaq mümkündür. İlham Əliyevin bu çıxışı bəlkə də yüzlərlə mütəxəssisin iştirakı ilə keçirilən böyük beynəlxalq konfransa təqdim olunan tezislərə bərabər idi.
Azərbaycan Prezidenti toplantı iştirakçılarına müraciət edərək təfəvvürata varmadan  bir illiyini qeyd etdiyimiz müharibə haqqında məlumat  verdi və bildirdi ki, Azərbaycanın 44 günlük müharibəsi haqqında qarşı tərəf və onun havadarlarının nə və necə fikirləşməsindən asılı olmayaraq "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib." İlham Əliyev revanşist ideyalarla yaşayan qüvvələrin daha ciddi uğursuzluqlara düçar olacaqları barədə xəbərdarlığı bu müraciətin əsas leytomotivini təşkil edirdi.
Ermənistanın minalı ərazilərin xəritələrin Azərbaycana təqdim etməsini ləngitməsi və bu ləngitmənin nəticəsində yüzlərlə Azərbaycan vətəndaşının həlak olması və xəsarət alması tədbir iştirakçılarının diqqətinə çatdırıldı: "Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir."
Belə olan halda Ermənistan Baş Naziri Nikol Paşinyanın Azərbaycanla danışıqlara hazır olması haqqında bəyanatlarda səmimi olduğuna inanmaq olarmı? Əlbəttə ki, yox. Elə məhz buna görədir Azərbaycan Respublikası Prezidenti Ermənistanın sülh danışıqları haqqında səsləndirdiyi fikirlərin növbəti manipulyasiya olduğunu aparıcı dövlətlərin diqqətinə çatdırır. Ermənistan rəhbərliyi terror hərəkətləri törədərək həbs olunmuş insanlarını azad etmək üçün belə hiylə işlətməkdən əl çəkmir. Belə olan halda onların bütün çağırışlarına reaksiya verməzdən əvvəl yüz ölçüb bir biçmək bizim haqqımızdır. Digər tərəfdə Azərbaycan otuz illik təcrübədən sonra Erməni nağıllarına qulaq asmaq fikrindən çox-çox uzaqdır.
Əlimusa İbrahimov.
Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31