Deputat BDU-nun hüquq fakultəsinə söz verdi
15 Oktyabr 2021 15:27 Siyasət"Bu gün BDU hüquq fakültəsinin dekanı Əmir müəllimin dəvəti ilə tələbələrə qarşıdan gələn 18 oktyabr - Müstəqilliyin bərpası günü, o cümlədən dövlətçilik tariximizlə bağlı mühazirə dedim". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamal Cəfərovun sözlərinə görə, 10 il bundan əvvəl məzun kimi çıxdığım bu ali tədris ocağına ilk dəfə qayıdıb: "Müəllimlərimlə görüşdüm. Başa düşdüm ki, mənim də hüquq fakültəsinə mənəvi borcum var. Söz verdim ki, fakültənin kitabxanasının müasir standartlarda bərpası və hüquq ədəbiyyatın artırılması istiqamətində çalışacağam. Bundan sonra da bu cür görüşlərimiz daimi olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31