Dövlət Xidmətindən 18 Oktyabr açıqlaması
15 Oktyabr 2021 14:45 SiyasətMilli Məclisdə "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi qəbul edilib. "Olaylar"-ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Aynur Osmanqızı bildirib ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək, Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. A.Osmanqızının sözlərinə görə, həmin günlər hər il bayram kimi qeyd olunacaq: "Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31