Dağıstan Respublikasının yeni rəhbəri seçildi

Dağıstan Xalq Məclisinin (parlament) millət vəkilləri 2020-ci ilin oktyabrından regiona müvəqqəti rəhbərlik edən Sergey Melikovu respublikanın yeni rəhbəri seçiblər.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, 90 deputatdan 82-si Melikova səs verib. Dağıstanın yeni rəhbəri göstərilən etimad və dəstəyə görə ölkə prezidentinə, parlament iştirakçılarına təşəkkürünü bildirib.

Melikov and içərək rəsmi olaraq vəzifəyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31