Türkiyə və Əfqanıstan XİN başçıları arasında görüş keçirilib - VİDEO
14 Oktyabr 2021 20:43 SiyasətTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanın "Taliban" hökumətinin xarici işlər vəkili Əmirxan Mottaki ilə görüşüb.
Görüşdən sonra mətbuata açıqlamalar verən türkiyəli nazir danışıqlar zamanı Əfqanıstana genişmiqyaslı humanitar yardım paketinin müzakirə olunduğunu bildirib.
O, bəyan edib ki, ölkədə iqtisadiyyatın çökməsinin qarşısı alınmalı və terrorla mübarizə davam etdirilməlidir.
Mənbə: "Haber Global"
Mənbə: oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31