Putin yenidən prezident olmaq istəmir? - Müammalı açıqlama

Rusiya Prezidenti Vladimir Putin 2024 -cü ildə əsas dövlət postuna namizəd olub-olmayacağına hələ qərar vermədiyini etiraf edib.

Bunu Putin "Rossiya-24" telekanalına müsahibəsində deyib.

"Bəli, (Rusiya) konstitusiyası növbəti müddətə namizəd olmağa imkan verir, lakin bununla bağlı hələ qərar verilməyib", - Putin bildirib.

Rusiya prezidentinin varisi haqqında düşünüb -düşünmədiyi sualına Putin belə cavab verib: "Xeyr, bu cür suallara cavab verməməyi üstün tuturam, bu mənim ənənəvi cavabımdır.  Növbəti seçkilərə hələ çox vaxt var. Bu mövzuda söhbətlər sabitliyi pozmağa xidmət edir"-  Putin izah edib. 

Onun fikrincə, vəziyyət sakit, sabit olmalıdır ki, bütün hökumət orqanları, bütün dövlət strukturları inamla işləsin, sakitcə gələcəyə baxsın.

Mənbə: olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31