İlham Əliyevin müsahibəsi bütün İtaliya vətəndaşları üçün maraqlı oldu
14 Oktyabr 2021 13:16 SiyasətƏlimusa İbrahimov: "Onlar Azərbaycan simasında özlərinə yaxın dost və qardaş ölkəni bir daha kəşf etdilər"
İtaliya işğaldan azad olunmuş ərazilərdə yenidənqurma layihələrində iştirak edən ilk ölkələrdəndir. Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibə zamanı bildirib. Müsahibə zamanı jurnalistin azad olunmuş ərazilərə sərmayə qoyulub-qoyulmayacağı haqqında sual ilk baxışda çox qəribə səsləndi. Politoloq Əlimusa İbrahimov bildirib ki, işğaldan azad olunmuş torpaqlarda artıq ciddi tikinti yenidən qurma işlərinin aparıldığını bilmək üçün Azərbaycandakı qəzet və saytlara ötəri nəzər salmaq kifayət edərdi: "Amma növbəti sual İtaliyadan olan qəzetçinin əsil məqsədini ortqaya qoydu. Onun növbəti sualı ölkəsinin yenidənqurma işlərinə cəlb olunması ilə bağlı idi. Deməli, müxbir əvvəlki sualı ilə növbəti sual üçün zəmin hazırlamışdı. Bu jurnalist tərəfindən çox maraqlı gediş idi. İlham Əliyevin İtaliya şirkətləri ilə bağlı məlumatı düşünürəm ki, bütün İtaliya vətəndaşları üçün maraqlı oldu. Onlar Azərbaycan simasında özlərinə yaxın olan dost və qardaş ölkəni bir daha kəşf etdilər :" İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq". İlham Əliyevin bu cavabı özlərini Azərbaycanın yanında görən bütün dost və qardaş ölkələrə müharibə zamanı bizi tək qoymadıqlarına görə həm də bir təşəkkür və minnətdarlıq mesajı idi. Amma əksinə, bizim qələbəmizdən narahat olan, Azərbaycanın regional dövlət səviyyəsinə addım - addım yüksəldiyini müşahidə etməyə təpər tapmayanlara bir ibrət dərsi idi. İlham Əliyev bu cavabla bundan sonra bədxahlarımıza qarşımızı kəsə biləcək bir qüvvənin olmayacağı haqqında xəbərdarlıq edirdi".
Onun sözlərinə görə, müsahibə zamanı Avropanın üzləşdiyi qaz təchizatı ilə bağlı məsələ də müxbiri maraqlandıran suallar arsında idi. Bu da təbiidir. Avropa İttifaqının üzvü kimi İtaliyanın da bu qış soyuqla mübarizədə ciddi problemlər gözləyir. İtaliyanın və ümumiyyətlə Avropanın bu təhlükəni aşmaqda Azərbaycanın edə biləcəyi yardım çox düşündürür: "Yaxın gələcəkdə Azərbaycanın Avropanın qaz təchizatına verə biləcəyi töhfə haqqında İlham Əliyevin bildirməsi "La Repubblica"-nın müxbirini bir qədər salitləşdirdi: "Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik. Ötən ilin sonuncu günü - dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. Yəni, bu iş artıq başa çatdırılıb. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq".
Alim