Paşinyan Putinlə görüşdən yazdı: Razılaşmaları həyata keçirmək üçün… – VİDEO
13 Oktyabr 2021 23:29 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə çərşənbə axşamı Moskvada baş tutan görüşünü səmərəli adlandırıb.
O, bu barədə "Twitter"də yazıb.
"Bu gün (red: çərşənbə axşamı) Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəmi, həm də bölgədəki vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik", - deyə Paşinyan bildirib.
Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanla Putinin İrəvan və Moskvanın müttəfiq gündəliyi, regional təhlükəsizlik məsələləri, Dağlıq Qarabağla bağlı bəyanatların icrası, eləcə də inteqrasiya birliklərində qarşılıqlı əlaqəni müzakirə edəcəklərini açıqlamışdı.
Mənbə: kaim.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31