“Kimə göstərirsən özünü?! Bu nə mesajdır?!” — MÜSAHİBƏ

Ziyafət Əsgərov: "Niyə sənin maşınların Azərbaycanın icazəsi olmadan o yoldan keçir?!"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov müsahibə verib:

- Ziyafət müəllim, parlamentin plenar iclaslarının birində "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsinin vacibliyini qeyd etdiniz. Sizcə, qanunda siyasi partiyalarla bağlı nələr əks olunmalıdır?

- "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib. Həmin vaxtdan uzun zaman keçib. Düzdü, zaman-zaman bu qanuna əlavə və dəyişikliklər etmişik. 1995-ci ildə Azərbaycan ilk milli Konstitutsiyasını qəbul edib. O vaxtdan bəri xeyli qanunlar qəbul etmişik. Həmçinin, çox yaxşı olardı ki, "Siyasi partiyalar haqqında" qanun yenidən işlənsin və müasir dövrün tələblərinə tam uyğunlaşsın. Çünki indi siyasi partiyaların siyasi sistemdə yeri, iqtidarla siyasi partiyalar arasında olan münasibətlərin konfiqurasiyası dəyişib. Hesab edirəm ki, siyasi partiyaların funksiyaları, onların hesabatlılığı, hesabat vermələri, ölkənin siyasi sistemində iştirak məsələsi, bunun hüquqi mexanizmləri qəbul ediləcək "Siyasi partiyalar haqqında" yeni qanunda öz əksini tapmalıdır. Bu baxımdan da mən bu məsələni plenar iclasda qaldırdım.

- Parlamentdə siyasi partiyaların birgə fəallığını necə qiymətləndirirsiz?


- Altıncı çağırış Milli Məclisə seçkilərdə müxalifət nümayəndələrinin bəziləri parlamentdə vəzifələrə irəli çəkildilər. Komitə sədrlərinin müavinləri, eləcə də parlament Sədrinin müavini vəzifəsində müxalifət nümayəndəsi təmsil olundu. Dövlət çalışır ki, ölkədəki siyasi qüvvələr arasında həmrəylik daha da güclənsin. Sözün yaxşı mənasında maraqlar uzlaşsın. Bu dövlət hamımızındır. Bu dövlət təkcə iqtidarın deyil, həm də müxalifətindir. Hesab edirik ki, partiyaların timsalında iqtidar və müxalifət münasibətləri normal, sivil səviyyədə olmalıdır. Ona görə də belə bir qanunun qəbul edilməsinə ehtiyac var.

- Güman ki, adıçəkilən bu qanun layihəsinin hazırlanması zamanı partiyaların rəy və təklifləri də nəzərə alınacaq.


- Təbii. Yeri gəlmişkən, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tez-tez bir-ikisini çıxmaq şərtilə, siyasi partiyaların əksəriyyəti ilə görüşür. Partiyaların maddi və ofis məsələlərindən tutmuş ölkənin siyasi həyatında aktivlik məsələləri müzakirə olunur. Bütün bunlar ona hesablanıb ki, ölkədə iqtidar-müxalifət münasibətləri sivil dünyanın qəbul etdiyi standartlar səviyyəsində olsun. Biz buna çalışırıq.

- Ziyafət müəllim, sədri olduğunuz Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bir neçə məsələni özündə əks etdirir. Məsələn, korrupsiya üzərində dayanaq. Bu gün ölkədə korrupsiyanın vəziyyəti necədir?

- Təəssüf ki, bu gün korrupsiya dünya ölkələrinin bəlasıdır. Dövlətimizin və dövlət başçımızın əsas siyasi iradəsi ondan ibarətdir ki, korrupsiya hallarının üstünə getsin, onu məhv etsin və kökünü kəssin.

- Son iki ildə bəzi icra başçılarının, nazir müavinlərinin korrupsiya faktları üzə çıxdı. Rəhbər şəxslərin bu kimi hallara yol verməməsi üçün daha nələr edilməlidir?


- Korrupsiyaya qurşanan bəzi icra başçıları, sabiq nazirlər və nazir müavinləri cinayət məsuliyyətinə cəlb olunur və cəzalarını da alırlar. Bir də var korrupsiyaya qarşı mübarizənin digər bir qaydası. Məsələn, ASAN Xidmət, ASAN Kommunal, DOST agentlikləri ona görə yaranır ki, insanlar dövlət orqanlarının fəaliyyətindən məmnun olsunlar. Vətəndaşlar incidilməsin. Hesab edirəm ki, korrupsiyaya son qoymağın yollarından biri də budur. Cənab Prezidentin 2019-cu ilin 3 aprel tarixində məhkəmə islahatları ilə bağlı Fərmanı oldu. Məhkəmələrin özündə xeyli islahatlar həyata keçirildi. Bu proses indi də davam edir. Bütün bunlar ona hesablanıb ki, neqativ halların kökü kəsilsin və insanlar dövlət orqanlarının fəaliyyətindən daha da məmnun qalsınlar. Bu sahədə işlər gedir və bundan sonra da davam edəcək. Əsas odur ki dövlətimizin və dövlət başçımızın neqativ halların qarşısını almaq üçün siyasi iradəsi var.

- Ziyafət müəllim, Yeni Azərbaycan Partiyasının üzvü olduğunuz üçün partiya ilə bağlı bir məqama toxunmağınızı istərdik. Son vaxtlar partiyanın rəhbər vəzifəsində təmsil olunan bəzi şəxslərin timsalında xoşagəlməz hallara şahidlik etdik. Sizcə, vəzifəli şəxslər etik qaydaların məsuliyyətini bilmir, yoxsa bunda maraqlı deyil?

Mənbə: demokrat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31