Ermənistan İrandakı səfirini geri çağırdı

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan geri çağırılıb.

Bu barədə ölkə prezidenti Armen Sarkisyan fərman imzalayıb.

A.Tumanyanın yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl erməni mediası rəsmi Tehranın A.Tumanyanın fəaliyyətindən narazı olduğunu yazmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31