KTMT -nin Tacikistanda təlimləri vacibdir- KREML
13 Oktyabr 2021 15:31 SiyasətOlayar.az TASS-a istinadən xəbər verir ki, KTMT üzv ölkələrinin oktyabr ayında Tacikistanda keçirdikləri birgə təlimlərin Əfqanıstandakı vəziyyət baxımından çox əhəmiyyətli olduğu bildirilib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 13-də mətbuata açıqlamasında bildirib.
"Bu təlimlər çox vacibdir. Bildiyiniz kimi, KTMT prezidentləri bu yaxınlarda Əfqanıstanda vəziyyətin necə inkişaf etdiyindən narahat olduqlarını müəyyənləşdirmək üçün bir araya gəlib"- deyə Peskov söyləyib.
Oktyabr aylarında Tacikistan Əfqanıstanla sərhədi yaxınlığında MDB üzvləri ilə birgə üç təlim keçirəcək.
KTMT Kollektiv Təhlükəsizlik Şurası Tacikistan Prezidenti Emoməli Rəhmonun sədrliyi ilə iclas keçirib. Rusiya prezidenti Vladimir Putin tədbirə video link vasitəsilə qatılıb.
Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992 -ci ildə Daşkənddə imzalanıb. 2002 -ci ildə müvafiq təşkilatın yaradılması haqqında qərar qəbul edilib. KTMT -nin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.