Şanlı Azərbaycan Ordusunun missiyası

"Azərbaycan Ordusu öz dövlətinin yeni tarixini yazdı. Azərbaycan xalqı ən şərəfli anları yaşadı. Tarixi ədalət bərpa olundu. Azərbaycan xalqının həsrətinə son qoyuldu. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olundu. Rəşadətli Azərbaycan Ordusu bütün torpaqları öz sahibinnə qaytardı. Bütün dünya bilməlidir ki, Qarabağ bizim əbədi, əzəli torpağımız, ocağımızdır. Qarabağ Azərbaycanımızdır! Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Qarabağ yenidən həyata qayıdacaq".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP Sabirabad rayon təşkilatın səlahiyyətlərini icra edən Məleykə Ağayeva səsləndirib. O bildirib ki, Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla başa çatdırdı. Cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurdu: "Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordusu sırasındadır. Bu gün Azərbaycanın şanlı ordusu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Vahid bayraq altnda birləşən şanlı Azərbaycan Ordusununun əldə etdiyi uğurunun səbəbi bütün sahələrdə, eləcə də müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırması yolunda səylərini əsirgəməyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Qalibiyyətimiz Ali Baş Komandanımızın diqqət və qayğısının, tələb və tövsiyələrinin nəticəsidir".
Hakim partiya rəsmisi deyib ki, xalqımız 44 günlük Vətən müharibəsində zəfər qazandı. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtdıq!
Möhtərəm cənab Prezident İlham Əliyev! Azərbaycan xalqına bəxş etdiyiniz şərəf və qürur hislərinin yaşanmasında sizin əvəzedilməz zəhmətinizin olduğunu dərk edirik. Azərbaycan xalqı sizinlə qürur duyur! Siz ordumuzun önündə dayanan qətiyyətli, qorxmaz, vüqarlı sərkərdəsiniz!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31