Rusiya bu ölkəyə humanitar yardım göndərəcək

Olaylar.az TASS-a istinadən xəbər verir ki,   Kubada işgüzar səfərdə olan  Rusiya Baş nazirinin müavini Yuri Borisov   Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə ilin sonuna qədər Kubaya ən azı  bir qrup humanitar yardım göndərəcək.

"Rusiya strateji tərəfdaşına yardım göstərməyə davam edəcək və ilin sonuna qədər Kubaya daha bir humanitar yardım göndəriləcək. Rusiya pandemiya zamanı Kubaya bir neçə humanitar yardım qrupu göndərib. Bunlar qida məhsulları, dərmanlar, süni ağciyər ventilyatorları, oksigen stansiyaları və.s-dir"- deyə Borisov söyləyib. 

Məlumata görə oktyabrın 12-də Rusiya Baş nazirinin müavini Kuba prezidenti Miguel Diaz-Kanel və Baş nazirin müavini Rikardo Cabrisasla görüşüb. Görüşlərdə ölkələr arasında ticarət -iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələsi, Kuba ərazisində birgə layihələrin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31