Rusiya və Türkiyə birgə fəaliyyət proqramı imzaladı
12 Oktyabr 2021 19:01 SiyasətRusiya və Türkiyə oktyabrın 12-də Ankarada iki ölkə ərazisində təhlükəsiz və rahat səyahəti təmin etmək məqsədi ilə 2022-2024-cü illər üçün birgə fəaliyyət proqramını imzalayıblar.
TASS xəbər verir ki, sənədi Rusiya Federal Turizm Agentliyinin rəhbəri Zarina Doğuzova və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.
Tərəflər iki ölkənin turistlərinin həyatı və sağlamlığını təhdid edən (epidemioloji, terror, nəqliyyat və digər təhdidlər) fövqəladə hallar haqqında bir-birlərinə dərhal məlumat verəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31