“İşğaldan azad olunmuş ərazilərdə  həyat yenidən öz axarına qayıdacaq”-Ceyhun Məmmədov

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndində səfərdə oldu. Digər işğaldan azad olunmuş rayonlarda olduğu kimi, burada da bir sıra mühüm obyektlərin təməli qoyuldu, ictimaiyyət nümayəndələri ilə görüş keçirildi, Ermənistana və onun havadarlarına mühüm mesajlar verildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,  səfər çərçivəsində Prezident İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu. Qədim Azərbaycan kəndi olan Tuğda məscidin təməlinin qoyulması kəndin tarixinin bərpa olunması baxımından xüsusi əhəmiyyət daşıyır. İşğaldan azd olunmuş ərazilərdə milli-mənəvi dəyərlərimizin rəmzlərindən olan dini ibadət yerlərinin təmir və bərpası müdrik və uzaqgörən addımdır: "Sonra Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu, 35 kilovoltluq yeni "Hadrut" yarımstansiyasının təməlini qoydu. Bölgənin inkişafı, dayanıqlı elektrik enerjisi ilə təmin olunması, bölgəyə rahat gediş-gəliş baxımından hər iki layihə xüsusi əhəmiyyət daşıyır. Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, daha sonra onlarla birlikdə Tuğ kəndinə getdi. Qeyd etmək lazımdır ki, Tuğ qədim Azərbaycan kəndidir. Ermənilər uzun illər bu kəndinin tarixini saxtalaşıdrmaq istədilər. Ancaq məqsədlərinə nail ola bilmədilər. Prezident İlham Əliyevin davamlı olaraq işğaldan azad olunmuş rayonlara səfəri, bir sıra obyektlərin təməlini qoyması, bəzilərinin açılışını etməsi, qısa müddətdə bu ərazilərdə həyata keçirilən layihələr möhtərəm Prezidentimizin gərgin əməyinin, dövlətimizin gücünün göstəricisidir. Azərbaycan qısa müddətdə bütün işğaldan azad etdiyi əraziləri təmir və bərpa edəcək. Bu bölgələrdə həyat yenidən öz axarına qayıdacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31