Bolqarıstanlı deputatlar azərbaycanlı həmkarlarına təbrik məktubu ünvanlayıblar

Bu günlərdə Milli Məclisə Bolqarıstan Respublikası Xalq Məclisinin  Azərbaycanla Dostluq Qrupunun sədri Həmid Həmidin imzası ilə məktub daxil olub. 
Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyevin adına ünvanlanmış məktubda azərbaycanlı deputatlara Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin ildönümü münasibəti ilə səmimi təbriklər çatdırılır, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisinə dəyən zərərin tezliklə aradan qaldırılması, regionda sülhün və əmin-amanlığın bərqərar olması arzusu ifadə olunur.
Təbrik məktubunda işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma işlərinin qısa zamanda başa çatması, bu yerlərdən didərgin düşmüş insanların öz doğma yurd-yuvalarına geri qayıtması istəyi əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31