Dini təhlükəsizliyimiz gücləndirməlidir” - Deputatdan çağırış
12 Oktyabr 2021 11:39 SiyasətMilli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugün keçirilən plenar iclasında dini məsələlərə toxunub.
Olaylar xəbər verir ki, deputatın sözlərinə görə, Azərbaycanın şanlı qələbəsi bəzilərini narahat edir:
"Azərbaycan güclü dövlətdir və heç kim bizi haqq yolundan çəkindirə bilməz. Ancaq burada din amilindən istifadə edilir".
Onun sözlərinə görə, bəzi dairələr Azərbaycanın dövlət adamlarını sionizmin xidmətçiləri kimi təqdim edirlər:
"Hesab edirəm ki, dini təhlükəsizliyimizi gücləndirməli, dini konsepsiyanın qəbul edilməsidir. Bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Ona görə daha ayıq olmalıyıq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31