Rusiyaya ŞOK ZƏRBƏ: Ermənistan Türkiyəyə tərəf yönəlir - Politoloqdan gündəmi alt-üst edən açıqlama
11 Oktyabr 2021 22:06 Siyasət"Artsax" məsələsi artıq yoxdur və gözlənilən qeyri-sabitlik hətta bölgənin xəritəsinin siluetini də dəyişə bilər".
Kanal.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri politoloq Alen Gevondyan səsləndirib:
"Bir neçə gün əvvəl bölgədə mühüm əhəmiyyət kəsb edən bir hadisə baş verdi. Mixail Saakaşvili həbs ediləcəyini bilə-bilə Gürcüstana qayıtdı və saxlanıldı. Politoloq Alen Simonyan Saakaşvilinin həbs olunacağını bilsə də, niyə Gürcüstana qayıtdığını belə izah edib: "Gürcüstanı daxili sabitlik baxımından çətin günlər gözləyir. Təkcə Gürcüstanı deyil. Qeyri-sabitlik hətta bölgənin xəritəsinin siluetini də dəyişə bilər. Dərin mənada bütün bunlar bölgənin Rusiyadan birdəfəlik ayrılması ilə əlaqədardır" - Simonyan vurğulayıb.
Alen Gevondyan sözlərinə görə, bu gün "Artsax" məsələsi artıq yoxdur və Ermənistanın yüksək səviyyəli hakimiyyəti türklərlə flört edir.
"Bunlar 2008 -ci il prosesinin yenidən başlanmasını zəruri edir. Biz ciddi siyasi və qeyri-müəyyən iqtisadi təlatümlər mərhələsinə qədəm qoyuruq" - deyə Alen Simonyan fikirlərini tamamlayıb. / Konkret