Paşinyanın müavini də Rusiyaya gedir

Ermənistanın Baş nazirinin müavini Suren Papikyan da Rusiyaya səfər edir.

"Qafqazinfo" erməni mediasına istinadən xəbər verir ki, Papikyanın səfəri 13-15 oktyabrda olacaq. O, "Rusiya iqtisadi həftəsi" beynəlxalq forumunda iştirak edəcək.

Papikyanla yanaşı, Ermənistanın energetika və təbii sərvətlər nazirliyinin beynəlxalq əlaqələr üzrə idarəsinin rəisi Tiqran Melkonyan da Rusiyaya gedəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31