Bu təlim deyil, “Moskit” donanmasına ƏMR : İran Xəzərə 4 min hərbi kater topladı- VİDEO

Azərbaycanın Xəzərdə hərbi aktivliyi ilə eyni bir vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. Bunu sübut edən görüntülər sosial mediada yayılıb.

GUNinfo.az bildirir ki, Telegram-kanallarda yayılan videogörüntülərə əsasən İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib. Elə həmin görüntülərdən birini təqdim edirik:

İnqilab Keşikçiləri Korpusunun media resurslarından götürülmüş videokadrlardan da aydın olur ki, katerlərin hamısı iriçaplı pulemyotla təchiz edilib. İran mənbələrinə görə, onların sayının 4 mindən çox olduğu bildirilir. O da qeyd olunur ki, sayın çox olması silah və döyüş texnikalarının zəifliyini kompensasiya etmək məqsədi daşıyır. Mənbələrdə qeyd olunur ki, Azərbaycanla münasibətlərin kəskinləşəcəyi təqdirdə, İran komandanlığı Bakı üçün xüsusi əhəmiyyətə sahib Xəzərdəki neft infrastrukturu obyektlərini "Moskit (ağcaqanad) donanması"ndan asanlıqla istifadə edərək hədəf ala biləcək.

İran əvvəllər də bu cür kiçik və sürətli katerlərdən Fars körfəzində və Hörmüz boğazında ABŞ donanmasının gəmilərini təqib etmək, sıxışdırmaq üçün istifadə edib. İriçaplı pulemyotdan başqa heç bir silahı olmayan sürətli katerlər ilk baxışdan dənizdə ciddi qüvvə hesab edilə bilməz. Lakin nəzərə almaq lazımdır ki, onlardan kütləvi şəkildə və qəfil istifadə etməklə müxtəlif diversiya əməliyyatları, o cümlədən neft-qaz platformalarına hücumlar həyata keçirmək mümkündür.

Qeyd edək ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qərargah təlimlərinə başlayıb.Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin bu gündən başlayacaq təlimləri İranla artan gərginlik fonunda keçirilir.  Sentyabrın əvvəllərində də Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərinin epizodlarından biri Xəzər dənizi akvatoriyasında keçirilmişdi.Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31