Parlamentin istiqlalçı deputatlarına xüsusi statusun verilməsi təklif olundu
11 Oktyabr 2021 16:13 Siyasət"1991-ci il oktyabrın 18-də "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"na səs verən deputatlara imtiyaz verilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında "Müstəqlillik Günü haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, illərdir istiqlalçı deputatlarla bağlı məsələ qaldırılır: "Hesab edirəm ki, həmin deputatlara xüsusi status verilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31