İranın XİN rəhbəri Azərbaycana gəlir
11 Oktyabr 2021 16:03 Siyasətİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan və Ermənistana səfər edəcək.=
Olaylar.az xəbər verir ki, bunu İranın XİN başçısı Rusiya telekanalına verdiyi müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, səfər uyğun bir zamanda baş tutacaq.
O həmçinin bildirib ki, şimal qonşuları da daxil olmaqla, qonşu ölkələri diqqət mərkəzində saxlamaq İranın yeni hökumətinin xarici siyasətinin prioritetlərindən biridir.
"Azərbaycan və Ermənistan İranın yaxşı qonşularıdır. Bu səbəbdən də bir-birimizə qarşı işləyə bilmərik", - deyə Andullahiyan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31